Rusiyada son vaxtlar saxta boşanmaların artmasına diqqət çəkilir. Bildirilir ki, boşanmadan sonra “tək valideyn” kimi dövlətdən daha çox maddi yardım almaq üçün xüsusilə Rusiyanın Qafqaz regionlarında saxta boşanmaların sayı artıb.
Hafta.az-ın yazdığına görə, Rusiyada yeni nikahlarla müqayisədə boşanmaların sayında yüksəliş uşaq müavinətlərinin qüvvəyə mindiyi 2019-2020-ci illərdə baş verib.
2018-ci ildə Dağıstanda hər üç nikah üçün bir boşanma, Çeçenistanda yeddi nikah üçün bir boşanma olduğu halda, 2022-ci ildə bu nisbət hər nikah üçün müvafiq olaraq 3,5 və 2,5 boşanmaya yüksəlib.
Ən yüksək boşanma faizi İnquşetiyada qeydə alınıb. Burada 2022-ci ildə 1000 yeni evlilik olduğu halda 2542 boşanma qeydə alınıb. Bu rəqəm Çeçenistanda 2069, Dağıstanda 1967, Qaraçay-Çərkəzdə 1520, Şimali Osetiyada 1390 nəfərdir.