Rusiyada minimum əməkhaqqı 18,5 faiz artırıldı

09:44 29.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada minimum əməkhaqqı ilə bağlı hökumətin yeni reqlamenti prezident Vladimir Putin tərəfindən imzalanıb və qüvvəyə minib.

Hafta.az-ın yazdığına görə, yeni nizamnaməyə görə, minimum əməkhaqqı 18,5 faiz artacaq və 2024-cü il yanvarın 1-dən 19242 rubl təşkil edəcək. Beləliklə, minimum əməkhaqqı 2024-cü ildən başlayaraq 3 min rubl artırılacaq.

2023-cü ildə ölkə üzrə ən aşağı minimum əməkhaqqı 16242 rubl olaraq müəyyən edilib. Qanunun qəbulu ilə təqribən 4,8 milyon insan əməkhaqqı artımı alacaq.

Bundan əlavə, yeni qanuna əsasən, gələn ildən büdcə işçilərinin əsas əməkhaqqı artırılacaq.

Rusiyada minimum əməkhaqqı, standart şərtlərdə görülən işə görə bir insanın alacağına zəmanət verilən minimum pul məbləğidir.