Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin erməni həmkarlarına Rusiyanın şovinist, imperiyapərəst ambisiyalarını əks etdirən açıq məktubla müraciət edib:
Hafta.az xəbər verir ki, “Aysor” nəşrinin yaydığı məktubda deyilir.
“Ötən 2023-cü il Ermənistan və Rusiya, xalqlarımız və tarixi əlaqələrimiz üçün çətin sınaq olub. Bilirsiniz ki, Rusiya Ukraynada və Ukrayna uğrunda bütün Qərblə vuruşur. Biz Ginnesin Rekordlar Kitabına düşdük: Rusiya Federasiyasına qarşı 17500 vicdansız sanksiya tətbiq olundu.
Erməni xalqı öz “mən”inin əziz bir hissəsini – artsaxı itirdi. Aşkar ədalətsizliklə razılaşmaq çətindir, hətta qeyri-mümkündür. Təkcə Ermənistanda sizin üçün deyil, Rusiyada da mənim üçün. Dostlarım Arkadi Qukasyanın, Bako Saakyanın və onların bütün yoldaşlarının taleyi bizi narahat edir.
Ağzım acı ilə doludur, qədimlər demişkən. Amma hər halda bilirik ki, həyat davam edir. Və biz gələcək Qələbəyə inanırıq. 2024-cü ilin 2023-cü il kimi olmamasını, Yeni ildə xoşbəxt və uğurlu olmağınızı arzulayıram.
Sizinlə bir olan Konstantin Zatulin”.