Saatlı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb

16:41 26.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan hafta.az-a verilən məlumata görə, tədbirlər nəticəsində rayonun Qaralar kənd sakini K.Səfərovdan və Məmmədabad kənd sakini İ.Bayramovdan müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılmasından ötrü rayon məhkəməsinə göndərilib.