Şagirdlər Şahdili burnunda fləşmob keçirib

19:26 09.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron Milli Parkında “Zəfər günlərimin şahidi – Bayraq” şüarı altında Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub.

Hafta.az xəbər verir ki, Binəqədi rayonu 244 nömrəli məktəbin şagirdləri Azərbaycanın Zəfər Günü münasibətilə əllərində bayraqlarla Şahdiliyə yürüş edib. Şəhidlərin xatirəsi anılıb, himn oxunub, vətənpərvərlik şerləri söylənilib.

“Zəfər günlərimin şahidi – Bayraq” aksiyası Şahdili burnunda fləşmobla başa çatıb.