Şahramanyan Paşinyandan mühafizəçisinin azadlığa buraxılmasını tələb etdi

13:50 22.02.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Mediada yayılan informasiyalardan bəlli olduğu kimi, Qarabağda ləğv olunmuş separatçı-terrorçu rejimin İrəvanda sülənən sonuncu qondarma “prezidenti” Samvel Şahramanyanın mühafizəçisi Aşot Danielyan həbs edilib. O, narkotik maddə saxlamaqda və satmaqda şübhəli bilinir. Bundan bir gün əvvəl isə həmin mühafizəçi  “Yerablur”da- Azərbaycana qarşı savaşlarda gəbərmiş ermənilərin gömüldüyü qəbiristanlıqda S.Şahramanyandan müsahibə götürmək istəyən jurnalist və operatoru təhqir etmişdi.  Dünən – fevralın 21-də separatçı rəhbər özü də Ermənistanın Korrupsiyaya qarşı mübarizə idarəsinə çağrılıb.

Hafta.az xəbər verir ki,  Samvel Şahramanyan bu gün, fevralın 22-də İrəvanda jurnalistlərlə söhbətində mühafizəçisi Aşot Danielyanın həbsindən danışıb.

“Mən hüquq-mühafizə orqanlarından tələb edərdim ki, Aşot Danielyanın azadlığa buraxılması məsələsini çox qısa müddətdə həll etsinlər, çünki o iş uydurmadır. Biz hamımız bunun şahidi olmuşuq. Belə həbsləriin müntəzəmliyi də böyük suallar yaradır. 20 maskalı şəxs şəhərin mərkəzində artsax lideri ilə qohumluq əlaqəsi olan şəxsi həbs etdi, o, prezidentə xidmət edən maşından həbs olundu. Mənə elə gəlir ki, bunlar böyük suallar doğurur və biz onlara cavabları yaxın gələcəkdə alacağıq”,- deyə separatçıbaşı bildirib.

S.Şahramanyan hesab edir ki,  Paşinyan hakimiyyətinin ona və ətrafına qarşı təzyiqləri qondarma “artsax”a aid olan hər şeyi qapatmağa və məsələni bağlamağa çalışmaları ilə bağlıdır.

“Amma mənə elə gəlir ki, o yolla getmək lazım deyil; artsax probleminin, artsax xalqının problemlərinin həlli yollarını tapmaq lazımdır. Fikrimcə, bu məsələ ədalətli həllini tapana qədər bizdə həmişə qanayan bir açıq yara olacaq”, - deyə  2023-cü il sentyabrıın 28-də Qarabağdakı separatçı-terrorçu rejimin 2024-cü ilin yanvarınadək tamamilə ləğv edilməsi haqda “fərman” imzalamış S.Şahramanyan bildirib.

Oxunma sayı 49
Siyasət rubrikasından digər xəbərlər