Rusiya hökumətinə bağlı keyfiyyətə nəzarət qurumu “Roskaçestvo” bazarda satılan mantıları yoxlayıb. 64 markanı araşdıran “Roskaçestvo” standartları aşan hər hansı məhsula rast gəlməyib.
Hafta.az-ın yazdığına görə, bundan başqa, bəzi tanınmış brendlərin məhsullarında zərərli mikroorqanizmlər aşkar edilib. Qurumun dərc etdiyi hesabata görə, “VkusVill”in öz brendi ilə satdığı mantılarda “L.monocytogenes” aşkar edilib. “Qoryaça ştuchka”, “Myasnoy dvorik”, “Sibirskaya kollektsiya”, “Restoriya” və “Turakovo” brendlərində “salmonella” tapılıb.
Tərkibində koliform bakteriyaları olan brendlər “Zelyonaya liniya”, “Ostankinskiye traditsionniye”, “Starodvorye” və “Lojkaryov” kimi siyahıya alınıb.
Qurum həmçinin aşkarlanan pozuntularla bağlı markalara məlumat verildiyini açıqlayıb.
Tərkibində mikroorqanizm olmayan brendlər isə “Atyaşevo”, “Auchan”, “Bolşaya kostrulya”, “Grand menu”, “Miratorg”, “Myasnov”, “Sergiyev kanin”, “Tsezar”, “Caesar” və “Chernyhinskiye pelmeni” kimi elan edilib.
Ən çox ət tərkibli pelmenlər “Myasnov”, “Restoriya” və “VkusVill”, ən az ət tərkibli olanlar isə “Auchan” və “Turakovo” olub.