Səbinə Xasayeva: “2024-cü ildə də qarşıda duran məqsədlərin öhdəsindən tam gəlmək mümkün olacaq”

15:03 14.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“2024-cü ilin dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü ilin proqnozu ilə müqaysədə 282 milyon manat, 2022-ci ilin dövlət büdcəsi ilə 11 faiz çoxdur. Bu da onu deməyə əsas verir ki, əvvəlki illərdə olduğu kimi, 2024-cü ildə də qarşıda duran məqsədlərin öhdəsindən tam gəlmək mümkün olacaq”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında 2024-cü il dövlət büdcəsinin müzakirəsində deputat Səbinə Xasayeva bildirib.

Deputat qeyd edib ki, 2024-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş şəhər və kəndlərin yenidən qurulması, bərpası, həmin ərazilərdə müasir infrastrukturun yaradılması ilə böyük qayıdışın ən qısa zamanda reallaşdırılmasını təmin etmək prioritet məsələlərdəndir. 

“2024-cü il büdcəsində böyük qayıdışa dair Dövlət proqramının icrası üçün 4 milyard ayrılması proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsi sosial yönümlüdür, gələn ilin sosial xərcləri 2023-cü illə müqayisədə 7 faiz çoxdur.  2020-ci ilə müqayisədə isə bu xərclər 1,6 dəfə artmışdır.  2024-cü ilin dövlət büdcəsi göstərir ki, sosial xərcər ilbəil artırılır  və bu da ölkə başçısının sosial sahəyə diqqət və qayğısıdır”.

Deputat növbəti il dövlət büdcəsində təhsil xərclərinin artırılmasına toxunub, bunu sevindirici hal kimi dəyərləndirib.

Eləcə də Bakı və ətraf kəndlərində əhali sıxlığını, eləcə də məktəblərdə şagird sıxlığını nəzərə alaraq bu məsələnin də öz həllini tapacağına inandığını deyib.