Səhiyyə Nazirliyindən virus infeksiyalarına yoluxma ilə bağlı məlumat 

15:47 23.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səhiyyə Nazirliyi ölkədə respirator virus infeksiyalarına yoluxma ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, hər il olduğu kimi bu il də payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyaları üzərində epidemioloji monitorinq aparılır.

Hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir:

 

"Mövsüm dəyişikliyi ilə əlaqədər tək-tək hallarda kəskin respirator virus infeksiyaları müşahidə edilir, ancaq yoluxma sayında artım yoxdur".