Yazını böyüt
Yazını kiçilt
Milli Məclis Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu təsdiq edib.
Hafta.az xəbər verir ki, memorandum bitki mühafizəsi və karantin sahəsində əməkdaşlığı, iki ölkə arasında bu sahədə təcrübə mübadiləsini və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.