Şimali Koreya hərbçilərinin çoxu Ukrayna ilə savaşa ölkələrindəki ağır şəraitdən xilas olmaq üçün könüllü gəlir...

13:51 10.11.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukraynadakı müharibədə döyüşmək üçün Rusiyaya gələn Şimali Koreya döyüşçüləri muzdlu sayılır, ancaq əslində bir çoxları üçün bu, KXDR-dəki ağır həyat şəraitindən xilas olmaq üçün bir fürsət olduğundan belə riskə getməyə hazırdırlar.

Hafta.az  “TSN”-ə istinadla xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.

Bildirilir ki, Şimali Koreyalı döyüşçülər hətta vətəndən uzaqda və naməlum səbəbdən döyüşərkən belə, tərbiyə xüsusiyyətlərinə görə döyüşdə yüksək motivasiya ola bilirlər.

Keçmiş Şimali Koreya əsgərlərinin fikrincə, Rusiyaya gedən döyüşçülərin əsas motivasiyası rejimə qeyd-şərtsiz sadiqlikdir. Onlara uşaqlıqdan öyrədilir ki, ali rəhbərə xidmət ən yüksək şərəfdir və hətta döyüş meydanında ölüm qəhrəmanlıq sayılır.

Müasir texnologiyanın olmamasına baxmayaraq, hətta KXDR-in elit bölmələri çox vaxt kənd təsərrüfatı və ya tikinti işləri ilə məşğul olurlar.

Xüsusi təyinatlı qüvvələr əlbəyaxa döyüş və liderə sədaqətə yönəlmiş ideoloji təlimlər də daxil olmaqla intensiv təlim keçir. Onlar kifayət qədər texnika olmadan da, yüksək nizam-intizamla döyüşə girməlidirlər.

Rusiyaya daxil olan əsgərlər çox vaxt piyada kimi xidmət edir, onlar burada dil baryeri və lazımi avadanlıq və texnikanın olmaması səbəbindən əhəmiyyətli itkilərlə üzləşirlər. Ancaq bir çoxları üçün bu, ölkədəki statuslarını yaxşılaşdırmaq və nüfuzlu vəzifələr əldə etmək şansıdır.

Xatırladaq ki, Rusiya Kursk və Belqorod vilayətlərində müdafiəni gücləndirmək üçün Şimali Koreya əsgərlərini cəlb edib. Ukrayna hərbçiləri hesab edir ki, onları əsir götürmək çətin olacaq.