Yazını böyüt
Yazını kiçilt
Rusiyada şirkətlərə üçüncü uşaq dünyaya gətirəcək işçilərə 1 milyon rubl ödəmək təklif olunub.
Hafta.az-ın “Vedomosti”yə istinadən yazdığına görə, tövsiyə VEB Tədqiqat və Ekspertiza İnstitutundan gəlib.
İnstitut həmçinin uşaqların sayı artdıqca analıq kapitalına ödənilən məbləğin də artırılmasını tövsiyə edir. Hazırkı təcrübədə ən yüksək ödəniş birinci uşağa görə verilir. İnstituta bağlı ekspertlər iddia edir ki, bu vəziyyət ailələri ikinci və üçüncü uşaq dünyaya gətirməkdən çəkindirir.
İnstitut hesablayıb ki, mövcud tendensiya davam edərsə, 2050-ci ilə qədər Rusiya əhalisi 6 faiz azalacaq. Bu göstərici 8,7 milyon nəfərə uyğundur.