Sülh müqaviləsi ilə bağlı ortaq məxrəcə gəlmək mümkündür - Elman Nısirov

11:41 30.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Yekunlaşmaqda olan 2023-cü il Azərbaycan üçün uğurlu il kimi tarixə düşdü. Ərazi  bütövlüyümüz, suverenliyimiz təmin olundu. Ümid edilirdi ki, 2023-cü ildə sülh müqaviləsi bağlanacaq. Lakin bu il atılan  addımlar 2024-cü ilə nikbin il kimi yanaşmaq üçün imkanlar yaradır.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elman Nəsirov bildirib.

Deputat qeyd edib ki, Sankt-Peterburqda keirilən sammit belə bir qənaət yaradır ki, tərəflər sülh müqaviləsinin bağlanması üçün daha qətiyyətli mövqe göstərəcək.

“Sülhlə bağlı yeni yanaşmalar diqqətdən yayınmır. Bu da ondan ibarətdir ki, delimitasiya, sərhədlərin bəlli olunmasını sülh müqaviləsindən sonraya saxlamaq olar. Proseslər deməyə əsas verir ki, sülh müqaviləsi ilə bağlı ortaq məxcə gəlmək mümkündür”.