Şuşada beynəlxalq konfrans keçiriləcək - Hikmət Hacıyev

09:00 28.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Hafta.az-ın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.

"Ağdamın adını daşıyan təyyarə ilə "Shusha Majlis Discussion" formatında beynəlxalq beyin mərkəzləri ilə "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransı keçirmək məqsədilə Şuşaya səfər etmək üçün bu yaxınlarda tikilmiş Füzuli hava limanına uçuruq. Şuşa regionun həm də diplomatik paytaxtı olur", - deyə Hikmət Hacıyev bildirib.