Tanınmış jurnalistin yeni kitabı çap edilib

17:06 09.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaxın günlərdə tanınmış jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qələndər Xaçınçaylının yeni  “Dəyişmirik” adlı şeirlər kitabı çap olunub.

Hafta.az-ın verdiyi xəbərə görə, kitabda şairin son dövrlər qələmə aldığı şeirlər daxil edilib. Şair-publisist, Beynəlxalq Rəsul rza mükafatı laueratı, “Kredo”qəzetinin baş redaktoru Əli Rza Xələflinin yazdığı ön sözdə şairin yaradıcıllığından söz açılır. Kitab “Təknur” mətbəəsində çap olunub,  156 səhifədən ibarətdir

Qeyd edək ki, şairin bundan əlavə bir neçə kitabı çap edilib. Şeirləri ölkə mətbuatdında mütəmadı dərc edilir.