Tanzaniyalı siam əkizləri müalicə üçün Ər-Riyada gətirildi

10:45 24.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tanzaniyanın Darüs-Salam şəhərindən anası ilə birlikdə Ər-Riyad Kral Xalid Beynəlxalq Hava Limanına gətirilən tanzaniyalı siam əkizləri Həsən və Hüseyn Kral Abdullah Uşaq Xəstəxanasına köçürülüb.

Hafta.az-ın SPA-ya istinadən yazdığına görə, əkizlər burada Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz, eləcə də vəliəhd şahzadə və baş nazir Məhəmməd bin Salmanın göstərişlərinə uyğun müalicə olunacaqlar.

Kral Salman Yardım və Humanitar Araşdırmalar Mərkəzinin (KSRelief) baş direktoru və tibb qrupunun rəhbəri, Kral Məhkəmə müşaviri doktor Abdullah ər-Rabia bu təşəbbüslərin Səudiyyə Ərəbistanının bütün dünyaya yayılan humanitar yardımını əks etdirdiyini vurğulayıb. O, Səudiyyə Ərəbistanının bu humanitar sahədə xidmətlərinə diqqət çəkib, idmətlərin "Hədəf 2030" məqsədlərinə uyğun olaraq həyata keçirilən Səudiyyə təbabətinin mükəmməlliyini təcəssüm etdirdiyini vurğulayıb. Rabia Səudiyyə Ərəbistanında səhiyyə sektorunun qlobal sağlamlıq səviyyəsində ön sıralarda olması üçün inkişaf etdirməyə çalışdıqlarını vurğulayıb.