Təbrizdə zəlzələ olub

14:23 23.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın Şərqi Azərbaycan vilayətindəki Təbriz şəhərində 4.4 gücündə zəlzələ olub.

Hafta.az Tehran Universitetinin Seysmoloji Mərkəzinin açıqlamasına istinadla xəbər verir ki, zəlzələ bu gün səhər saatlarında yerin 15 kilometr dərinliyində baş verib.

Dağıntılar və insan tələfatı barədə hələlik məlumat yoxdur.

Oxunma sayı 24