Təhsil İdarəsinə yeni müdir təyin edildi 

13:27 24.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dağlıq Şirvan Regional Təhsil İdarəsinə yeni müdir təyin edilib.

 

Bu barədə hafta.az-a idarədən məlumat verilib.

Bildirilib ki, Rövşən Əliyev elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

 

Rövşən Əliyev Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini olub, müdir səlahiyyətlərini icra edib.