Tramp Emmanuel Makronu yamsıladı

10:00 09.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Donald Tramp noyabrda reallaşacaq prezident seçkiləri kampaniyası çərçivəsində Ayova ştatında keçirilən mitinqdə çıxış edib.

Hafta.az-ın yazdığına görə, Frnsa prezidenti Emmanuel Makronla prezidentliyi dövründəki görüşünü xatırladan Tramp ABŞ texnologiya şirkətlərinə vergi tətbiq edəcəyini açıqlayanda Fransa prezidentinin ləhcəsini təqlid edib.

Tramp görüşdə bu vergi ilə bağlı qanunu geri götürməsə, həmin gecədən etibarən Fransadan ABŞ-a satılan bütün şərab və şampanlara 100 faiz vergi tətbiq edəcəyini söyləyib.

Bu sözlərdən sonra Tramp Fransa prezidentinin obrazına girərək onu təqlid edib: “Yox, yox, yox, bunu edə bilməzsən, Donald”.