Tramp Hörmüz boğazından bərk yapışıb: ALACAĞIQ!

19:39 23.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezident Donald Tramp Hörmüz boğazının çox tezliklə açılacağını bildirib.

Hafta.az xəbər verir ki, bu barədə o, CNN-ə müsahibəsində deyib.

Əlavə edib ki, vacib gəmiçilik yolunun ABŞ və İranın birgə nəzarəti altında olmasını istəyir.

O çox ciddi rejim dəyişikliyi olacağını da deyib:

“Biz çox ağlabatan, çox möhkəm hesab etdiyim bəzi insanlarla işləyirik. İçəridəki insanlar kim olduqlarını bilirlər. Onlara çox hörmət edirlər və bəlkə də onlardan biri tam olaraq axtardığımız şəxs olacaq”.