Tramp İranı bütün elektrik stansiyalarını, körpülərini sıradan çıxarmaqla hədələdi

08:40 15.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"İrana çox sərt zərbələr endirəcəyik".

Hafta.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.

O, zərbələrin sabah gecə və növbəti gecə də davam edəcəyini bildirib. "Əgər İran masa arxasına keçib danışıqlar aparmasalar, bütün elektrik stansiyalarını, bütün körpülərini sıradan çıxaracağıq”,- deyə o əlavə edib.

Xatırladaq ki, ABŞ qüvvələri gecə saatlarında İran ərazisinə yenidən zərbələr endirib.