Yazını böyüt
Yazını kiçilt
Hazırda Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernləşdirilməsi və təlimi, erməni işğalından azad edilmiş rayonlarda mina və partlayıcı qurğuların axtarışı və zərərsizləşdirilməsi istiqamətində dəstəyini davam etdirir.
Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik hesabatında bildirilib.
"Qafqaz regionunun sülh şəraitində gələcəyə doğru möhkəm addımlar atacağına inanırıq. Ermənistanın uzadılmış sülh əlini tutacağına ümid edir, Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olması üçün səmimi səyləri dəstəklədiyimizi bir daha bildiririk.