Türkiyə səfiri Elçin Əmirbəyovla görüşdü - FOTO

15:20 29.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Prezidentin xüsusi nümayəndəsi cənab elçi Elçin Əmirbəyovu ziyarət edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbriklərimizi sunduq".

 

Hafta.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı X-də paylaşıb.

"Sülh prosesi və regional məsələlər ətrafında məhsuldar bir müzakirə gerçəkləşdirdik. Birlikdə Daha Güclü Türkiyə və Azərbaycan", - deyə diplomat əlavə edib.