Türkiyədə 70 minə yaxın yoluxma

23:37 18.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 157 nəfər ölüb.

 

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin məlumatında 418 min 253 nəfərin test edildiyi, 69 min 658 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 77 min 612 nəfərin isə bu xəstəlikdən sağaldığı qeyd olunub.

Oxunma sayı 37