Türklər Rusiyadan gələn Qərb brendlərinə alternativdir

10:00 04.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sanksiyalardan sonra ölkəni tərk edən Qərb brendlərinə alternativ olaraq Rusiyada türk məhsulları bahalaşmaqda davam edir.

Hafta.az-ın yazdığına görə, “INFOLine” şirkətinin baş meneceri İvan Fedyakov “Arqumentı i Faktı” qəzetinə verdiyi qiymətləndirmədə bildirib ki, sanksiyalardan sonra ölkəni tərk edən marakların hazır geyim məhsullarının satışında payı 10 faizə düşüb.

Türk markalarının gedən firmaların yerini aldığını vurğulayan Fedyakov, yaxın gələcəkdə Rusiyada türk məhsullarının satışında artım olacağını proqnozlaşdırıb.

Türk hazır geyim məhsullarının Avropa və Asiya markaları arasında orta qiymət kateqoriyasını təşkil etdiyinə diqqət çəkən şirkət rəhbəri, “Türkiyə fabrikləri Asiya fabrikləri kimi ucuz məhsul istehsal edə bilməz. Ancaq bazarda çox güclü türk markalarının sayı azdır. Türklər münasib qiymətlər təklif edərkən, həmişə keyfiyyəti ön plana çıxarmağa çalışırlar. Türkiyədə yüngül sənaye çox inkişaf edib. Yüksək keyfiyyətli məhsul istehsal etmək üçün bu ölkədə hər cür imkanlar var”, - o deyib.

Maliyyə müşaviri Vitali Kalugin Türkiyə və Avropa malları arasında nəzərəçarpacaq qiymət fərqinin olmayacağını bildirərək, “Nəqliyyat qiymətləri artıb, kirayə və digər xərclər azalmayıb. Ona görə də Türkiyənin hazır geyim məhsulları ölkəni tərk edən brendlərlə demək olar ki, eyni qiymətə satılacaq. Üstəlik, inflyasiya və devalvasiya hələ də qalır”, - deyə o qeyd edib.

Oxunma sayı 193