Ukrayna səfiri və ailəsindən xalqımıza Qurban bayramı təbriki

13:45 19.07.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevskiy ailəsi ilə birlikdə müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.  

Hafta.az-ın yazdığına görə, səfir bu barədə şəxsi tvitter səhifəsində videomüraciət yayıb. Təbrikdə deyilir ki, Azərbaycanda və eləcə də, Ukraynada yaşayan bütün müsəlmanları bayram münasibətilə təbrik edirlər. Müraciət bu sözlərlə tamamlanır: "Qurban bayramı mənəvi birlik və həmrəylik rəmzidir. Qardaş Azərbaycan xalqı, bayramın mübarək!".