Aktrisa Anna Faris, şərtləri yerinə yetirilərsə, "Scary Movie" serialındakı Sindi Kempbell rolunu yenidən canlandıracağını söyləyib.
Hafta.az-ın “People”a istinadən yazdığına görə, Farrisdən yeni filmlə franşizaya qayıtması üçün nə lazım olduğunu soruşublar. 47 yaşlı aktrisa qətiyyətlə deyibi: "Pul!".
Farris, qorxu parodiya serialında Brenda rolunu oynayan keçmiş həmkarı Regina Hall ilə birlikdə rol ala bilsəydi, "Sindi obrazını canlandırmağı çox sevəcəyini" söyləyib.
"Regina ilə yenidən işləmək istərdim. Onu çox sevirəm", - Faris deyib. "Biz bütün günü bir-birimizi güldürərdik. Cavabım Regina Hall olacaq. Və pul. Amma ən çox Regina!" o, əlavə edib
Farris və Hall serialın ilk 4 seriyasında birlikdə rol alıblar. Nə Farris, nə də Hall 2013-cü ildə Malkom D. Linin rejissoru olduğu "Scary Movie 5" filmində rol almayıb.
2000-ci ildə çəkilən “A Scary Movie” filmi ilə şöhrət qazanan Anna Farris bu serialla çox şey öyrəndiyini və komediya bacarıqlarını təkmilləşdirdiyini əlavə edib.
Paramount və Miramax aprel ayında “Fast and Furious” filminin prodüseri Neal H. Moritzi təyin edərək seriala yenidən başlamağı planlaşdırdıqlarını açıqlamışdı.