Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel Qəzzaya səfərindən sonra müşahidələrini bölüşüb.
Hafta.az-ın yazdığına görə, Qəzzada uşaqlar, onların ailələri və UNICEF işçiləri ilə görüşdüyünü bildirən Rassel, "Gördüklərim və eşitdiklərim sarsıdıcı oldu. Onlar davamlı bombardmanlara, itmələrə və köçmələrə dözürlər. Qəzzanın 1 milyon uşağı üçün gedə biləcəkləri təhlükəsiz yer yoxdur" deyib.
Qəzzada 4600-dən çox uşağın öldüyünü, təxminən 9 min nəfərinin yaralandığını, bombardmanlar nəticəsində dağılmış binaların dağıntıları altında çox sayda uşağın tapıldığını vurğulayan Russell belə davam edib: “Eyni zamanda xüsusi qayğıya ehtiyacı olan yeni doğulmuş körpələr Qəzzadakı xəstəxanalardan birində işıqsız qalıblar. Onların bir çoxu tibbi resursların tükənməsi nəticəsində həyatını itirdi. Zorakılıq ayrı-seçkilik qoymadan davam edir".
Xan Yunusdakı Nəsr Uşaq Xəstəxanasında artıq yeriyə bilməyən 16 yaşlı qızla görüşdüyünü ifadə edən Rassel, “Xəstəxananın yenidoğulmuşlar şöbəsində həkimlər maşınları yanacaqsız necə işlədəcəklərindən narahat idilər. Balaca körpələr isə inkubatorlarda həyata tutunmağa çalışırdılar” deyib.
Rassel, UNICEF işçilərinin də "ürək parçalayan" təcrübələrini onlarla bölüşdüklərini ifadə edərək, Qəzzada humanitar yardım işçilərinin riskinin qiymətləndirilə bilməyəcəyini və oktyabr ayından bəri UNRWA-nın 100-dən çox əməkdaşının həyatını itirdiyini bildirib.
Qəzzaya keçməsinə icazə verilən humanitar yardım miqdarının ehtiyacları qarşılamaq üçün son dərəcə qeyri-kafi olduğuna diqqət çəkən Rassel, önümüzdəki qış aylarında yanacağa ehtiyacın vacib hala gələcəyi ilə bağlı xəbərdarlıq edib.
Uşaqları qorumaq üçün hər zaman burada olacağını vurğulayan Rassel sözlərinə belə davam edib: "Bir daha bütün tərəfləri beynəlxalq humanitar hüquqa uyğun olaraq uşaqları qorumağa və onlara kömək etməyə çağırıram. Bu əsl kabusu yalnız münaqişə tərəfləri dayandıra bilər. Bundan əlavə, mən bütün tərəfləri qaçırılan uşaqları qorumağa və ya onlara kömək etməyə çağırıram”.