ÜST rəhbəri daha 5 il vəzifəsində qalacaq

21:56 25.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tedros Gebreyesus növbəti 5 ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru vəzifəsinə yeganə namizəddir.

Hafta.az xəbər verir ki, bu barədə Təşkilatın İcraiyyə Şurasının Cenevrədə keçirilən iclasında qərar verilib.

Məlumata görə, bu ilin may ayında təşkil olunacaq 74-cü Ümumdünya Səhiyyə Assambleyasına seçkilərdə Gebreyesusun ÜST-nin baş direktoru vəzifəsinə seçilməsi ilə bağlı gizli səsvermə keçiriləcək.

Qeyd edək ki, ÜST-nin baş direktoru vəzifəsinə namizədliyin irəli sürülməsi prosesi ötən ilin aprelində başlayaraq, sentyabrın 23-də başa çatıb. Gebreyesus Ümumdünya Səhiyyə Assambleyasının 2017-ci ilin mayında baş tutan 70-ci iclası çərçivəsində keçirilən seçkilərdə Böyük Britaniyadan olan namizəd Devid Nabarroya qalib gələrək ÜST-nin baş direktoru seçilib.

Oxunma sayı 25