Xaçmazın Nərəcan kəndində səyyar qəbul keçirilib

22:23 14.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Nərəcan kəndində səyyar qəbul keçirib.

Hafta.az xəbər verir ki, qəbulda Nərəcan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Nərəcan, Ağtala, Sabiroba, Mürşüdoba, Çiləgir və Mənçəroba kəndlərinin sakinləri iştirak edib.

Görüş iştirakçıları əvvəlcə Ümumilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər daxili yolların təmiri, içməli və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, elektrik transformatorunun yerinin dəyişdirilməsi, tibb məntəqəsi üçün yeni binanın inşası və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Oxunma sayı 113