Xankəndi ərazisində ermənilərin qanunsuz fəaliyyətlərinin qarşısı alınmalıdır - Etiraz

12:42 07.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənilərin Xankəndində hər hansı bir “mərkəz”, “filial” yaratması qanunsuzdur.  

Bu fikirləri hafta.az-a Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq Müdafiəçisi Novella Cəfəroğlu bildirib.

“Erməni, özü də Rusiyada yaşayan QHT-rəhbəri hansı haqla gəlib Azərbaycan ərazisində, özü də “Ararat” adında bir mərkəz yaratmağa çalışır. Bu təbii ki, yolverilməzdir.  Azərbaycanın qədim şəhəri olan Xankəndi ərazisində ermənilərin qanunsuz fəaliyyətlərinin qarşısı alınmalıdır. Erməni kimdir ki, Azərbaycan dövlətindən hüquqi qaydada icazə almadan belə bir mərkəz yaradacağını iddia edir. Mərkəz hansı qanunla, qayda ilə açıla bilər. Təbii ki, heç bir qanuni sənədə söykənə bilməz. Əgər Xankəndində yaşayan ermənilər, hər hansı bir iş görmək istəyirlərsə buna görə Azərbaycandan  icazə almalıdırlar”.

N.Cəfəroğlu ermənilərin məhz sülhməramlıların missiyasında olan ərazilərdəki qeyri-qanuni, öz başına hərəkətlərinin mahiyyətinin əslindətəxribata yönəlik əməllər olduğunu qeyd edərək,  Azərbaycan QHT təşkilatlarının da buna səssiz qalmamalı olduğunu bildirib. Hüquq müdafiəçisi hesab edir ki, ermənilər Qarabağda nə qədər qanunsuz, heç bir əsasa söykənən addımlar atsalar da, bunun qarşısı alınmalıdır.