Xankəndidə qutuya atdığım bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi - Ölkə başçısı

17:51 14.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.

Hafta.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində söyləyib.