Yazını böyüt
Yazını kiçilt
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 27-si saat 15:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib, Şahdağda qar yağıb.
Xidmətdən hafta.az-a verilən məlumata görə, Şimal-qərb küləyi arabir Salyanda 23 m/s, Neftçala, Yardımlı, Tovuz, Ağstafa, Kəlvəz, Daşkəsəndə 20 m/s, Cocuqmərcanlıda 18 m/s, Sabirabadda 17 m/s, Ceyrançöl, Biləsuvar, Gədəbəydə 16 m/s, Cəfərxanda 15 m/s, Bakıda və Abşeron yarımadasında 30 m/s-dək güclənib.
Neft Daşlarının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.