Yazını böyüt
Yazını kiçilt
“Dağlıq Qarabağın qaz təchizatının bərpası məsələsi ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar davam edir. Danışıqlar Rusiya sülhməramlı kontingentinin dəstəyi ilə aparılır”.
Hafta.az xəbər verir ki, bu barədə qondarma rejimin üzdəniraq “informasiya mərkəzi” məlumat yayıb.
Separatçı rejimin başçısı Arayik Arutyunyanın "fərmanı" ilə xunta tərəfdən danışıqları qanunsuz "təhlükəsizlik şurası"nın katibi, Xocalı canisi general Vitali Balasanyan aparır.
Qondarma rejim "əmin edib ki, bu mühüm problemin tez bir zamanda həlli üçün diplomatik platformada bütün tədbirləri görür və bu, təbii ki, ictimaiyyətə açıqlanmır".