Zakir Həsənovla Sergey Şoyqu arasında telefon danışığı olub

16:47 25.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 25-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə onun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı olub.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.