Zərdabda qanunsuz ov edən şəxs saxlanılıb

11:51 29.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zərdabda qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bəyimli kəndində qanunsuz ov edən rayon sakini Səyyab İsrafilov saxlanılıb. Həmin şəxsdən müvafiq sənədləri olmayan “Toz” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.