Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi -YENİLƏNİB

22:23 12.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi

Hafta.az xəbər verir ki, dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Eyni zamanda bütün məlumat sürət tablolarından “Dumanlı hava” işarəsi də götürülüb.

***

Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

 

 
Hafta.az xəbər verir ki, bu barədə DİN Nəqliyyatda İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, eyni zamanda, bütün məlumat sürət tablolarında "Dumanlı hava" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib.