Zukerberq artıq ən zəngin 10-luqda deyil

23:10 04.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əvvəlki adı "Facebook" olmuş "Meta" şirkətininin yaradıcısı Mark Zukerberq dünyanın ən zəngin 10 adamı siyahısından çıxıb.

 

 

Hafta.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Buna səbəb isə Zukerberqin şirkətinin səhmlərinin ucuzlaşmasıdır. O, hazırda 84,8 milyard dollarla 12-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Mark 2015-ci ildən dünyanın ən zəngin 10 adamı siyahısında idi.