Balıq ovlamaq istəyən şəxs saxlanılıb

16:28 15.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağgöl Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz balıq ovuna cəhd edən şəxs saxlanılıb.

Hafta.az-ın xəbərinə görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, araşdırma zamanı brakonyerin Beyləqan rayon sakini Zülfüqar Cabbarov olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb.