Azərbaycan tranziti ilə Ermənistana 30 min tondan çox taxıl göndərilib

13:52 20.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqondan ibarət, çəkisi 490 ton olan buğdanın tədarük prosesi həyata keçirilib.

Buğda yükü Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 30 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.