Danimarka Ukraynaya 400 “xəyalat əsgər” göndərir

12:48 20.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Danimarkanın “Scandic Defence” şirkəti hərbçiləri imitasiya edin xüsusi manekenlərin Ukraynaya tədarükünə başlayıb.

AZƏRTAC xəbər verir ki, 400 “xəyalat əsgər”in ilk partiyası artıq cəbhəyə göndərilib. Manekenlər termal panellərlə təchiz olunub və kamuflyaj formasında, zirehli bədən geyimində olan əsgərlərə bənzəyir. Bunun sayəsində onlar termal görüntüləmə ekranlarında real hərbçilər kimi görünür və düşməni çaşdırmaq, dronları və sursatı yalan hədəflərə sərf etməyə vadar etmək üçün nəzərdə tutulub.

Şirkət nümayəndələrinin sözlərinə görə, layihənin əsas məqsədi Ukrayna hərbçiləri və mülki şəxslər arasında itkiləri azaltmaqdır. Bundan əlavə, manekenlərdən hücum əməliyyatlarına hazırlıq barədə yalan təəssürat yaratmaq və düşməni real qoşun hərəkətlərindən yayındırmaq üçün istifadə etmək olar.

Layihə artıq prototipləri sahədə sınaqdan keçirən və onların effektivliyini müsbət qiymətləndirən Ukrayna kəşfiyyatı ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.