Bu ərazilər 2-3 gün susuz qalacaq

13:47 21.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Su təminatında müvəqqəti azalma tətbiq olunur.

Hafta.az xəbər verir ki, mövsüm keçidi ilə əlaqədar ölkədə su təminatı sistemində bərpa və yeniləmə işləri həyata keçirilir.

Məlumata əsasən, anbarlardan qəbul edilən suyun həcminin artırılması və sutəmizləyici qurğuların məhsuldarlığının yüksəldilməsi məqsədilə texniki tədbirlər görülür. Aparılan işlər çərçivəsində verilən suyun miqdarı müvəqqəti olaraq azaldılıb.

Bunun nəticəsində bir sıra rayonlarda suyun verilmə qrafikində 2-3 saatlıq fasilələr qeydə alınır.

Aidiyyəti qurumlar abonentlərdən yaranan narahatlığa görə üzr istəyiblər.