Kuryer şirkətinin ofisindən 8600 manat pul oğurlanıb

19:24 27.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə dekabrın 25-də rayon ərazisində yerləşən kuryer şirkətlərindən birinin ofisindən 8600 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bağırov və M.Əsgərov müəyyənləşdirilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.