Kasko sığortasına yeni yanaşmalar tətbiq ediləcək

11:21 24.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kasko sığortasına yeni yanaşmalar tətbiq olunacaq.

Hafta.az xəbər verir ki, bunu Mərkəzi Bankın (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov 11-ci "Azərbaycan Beynəlxalq Sığorta Forumu"nda (AIIF-2026) deyib.

"Bu dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini və istehlakçı məmnuniyyətinin artırılmasını təmin edəcək. Eyni zamanda, daşınmaz əmlakın icbari sığortası üzrə təkmilləşmələr katastrofik risklərin təsirinin azaldılmasına, sığorta təminatının daha adekvat olmasına və zərərlərin daha operativ qiymətləndirilməsinə imkan verəcək", - deyə Ə. Məmmədyarov qeyd edib.

Diqqətə çatdırılıb ki, aqro-sığorta sistemi üzrə yeni qanunvericilik təşəbbüsləri hazırlanıb. Bu dəyişikliklər sistemin institusional əsaslarının gücləndirilməsinə, risklərin daha dayanıqlı idarəolunmasına və dövlət dəstəyinin effektivliyinin artırılmasına xidmət edəcək.