"Brent" neftinin qiyməti 70 dollara yaxınlaşır

10:01 10.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin iyul müqaviləsinin dəyəri 0,78% artaraq 1 barelə görə 68,81 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,69% artaraq 65,35 dollar təşkil edib.