İsveçrədə ABŞ və İran arasında danışıqlarının ilk mərhələsinin başa çatması fonunda dünyada neftin ucuzlaşması müşahidə olunub.
Hafta.az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 1.58 dollar (1.96%) ucuzlaşaraq bir barel üçün 78.99 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent"in qiyməti 0.72 dollar (0.9%) artaraq bir barel üçün 80.57 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.59 dollar (0.78%) azalaraq bir barel üçün 75.26 dollar olub. Birləşmiş Ştatlarda qeyri-iş günü olması səbəbindən ötən həftənin cümə günü NYMEX-də əsas hərraclar həyata keçirilməyib.