Naxçıvanda aqrar sahədə yeni Dövlət Proqramı müzakirə edilir - MÜŞAVİRƏ

11:48 22.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şərur şəhərində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə Naxçıvan iqtisadi rayonu üzrə regional müşavirə keçirilir.

Hafta.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığı ilə keçirilən müşavirədə dövlət və hökumət nümayəndələri, icra hakimiyyəti orqanlarının rəhbərləri, fermerlər və sahibkarlar iştirak edirlər.

Regional müşavirə çərçivəsində Dövlət Proqramının əsas məqsəd və prioritetləri, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi və digər məsələlər müzakirə olunur.