Hacıqabul Sənaye Parkında 576 daimi iş yeri yaradılıb

08:22 23.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda Hacıqabul Sənaye Parkında 14 rezident və 5 qeyri-rezident fəaliyyət göstərir.

Hafta.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, bu günədək Park üzrə 201,2 milyon manat investisiya portfeli formalaşıb, 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib. Satışın 10,3 milyon manatı ixracın payına düşür. Parkda, həmçinin 576 daimi iş yeri yaradılıb.

Hacıqabul Sənaye Parkı ölkəmizin sənaye potensialının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı və regionlarda məşğulluğun artırılması istiqamətində mühüm rol oynayır. Parkın prioritet fəaliyyət istiqamətləri avtomobil sənayesi, kənd təsərrüfatı məhsullarının çeşidlənməsi, qablaşdırılması, emalı və konservləşdirilməsi, tikinti-inşaat materiallarının istehsalı, bərpa olunan enerji və maşınqayırma sahələrini əhatə edir.