ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun keçmiş direktoru Entoni Fauçinin Nümayəndələr Palatasının alt komitəsində Covid-19 epidemiyasına reaksiya və virusun mənşəyi ilə bağlı verdiyi ifadələr mübahisələrə səbəb olub. Fauci təqaüdə çıxdıqdan sonra ilk dəfə Capitol Hill-də mövzu ilə bağlı açıqlamalar verib.
Hafta.az-ın yazdığına görə, Faucinin şərhləri, pandemiya zamanı ictimai sağlamlıq tövsiyələri və ictimai səhiyyə işçilərinin e-poçtdan istifadəsi də daxil olmaqla, müxtəlif məsələlərdə Respublikaçılar tərəfindən sorğulandıqdan sonra sosial mediada yayılıb.
Sosial media platformaları Faucinin Covid-19 epidemiyası zamanı tətbiq etdiyi 1,8 metrlik sosial məsafə qaydasını uydurduğunu və bu qaydaların arxasında kimin dayandığını bilmədiyini ifadə edən açıqlamaları ilə dolub.
Fauci açıqlamalarına aydınlıq gətirməzdən əvvəl Covid-19 epidemiyasının əvvəlində təqdim olunan 6 fut (təxminən 180 santimetr) sosial məsafə qaydasının ondan deyil, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərindən gəldiyinə diqqət çəkib.
"Əslində, bu qaydalar Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərindən gəlib. Məktəblər üçün belə qaydalara görə mən cavabdeh deyildim. Bunun arxasında heç bir elm yoxdur" ifadələrinə aydınlıq gətirən Fauci, "bunu dəstəkləyən heç bir klinik araşdırma olmadığını" nəzərdə tutduğunu açıqlayıb.