Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan “Sülh qovşağı” layihəsini və Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesinə dair “The İndependent”ə açıqlama verib.
Hafta.az-ın yazdığına görə, Sarqis Xandanyan, "Ermənistan-Azərbaycan normallaşma prosesində nəqliyyat əlaqələrinin açılması çox mühüm yer tutur. Bu, təkcə Ermənistan üçün deyil, bütün bölgə üçün zəruridir” deyib.
Xandanyan bəyan edib ki, “Sülh qovşağı” layihəsi çərçivəsində Ermənistan Azərbaycanla sərhəddə öz ərazisində 5 avtomobil yolu keçid məntəqəsi, Türkiyə ilə sərhəddə isə 2 keçid məntəqəsi açmağa və Ermənistanda dəmir yolu infrastrukturlarını yenidən işə salmağa hazırdır.
Daha rahat və qısa yolların region ölkələri üçün iqtisadi səmərəlilik təmin edəcəyini bildirən erməni deputat, “Layihə Ermənistan üçün bu baxımdan son dərəcə əhəmiyyətlidir. Təəssüf ki, ölkəmizin 30 ildir Azərbaycan və Türkiyə ilə sərhədləri bağlıdır. Ona görə də bu vəziyyət təkcə Ermənistan üçün deyil, regionun digər ölkələri üçün də keçərlidir” deyib.